Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ərdoğan Bişkekdə elə qarşılandı ki... — VİDEO  

Ərdoğan Bişkekdə elə qarşılandı ki... — VİDEO
 

Ərdoğan Bişkekdə elə qarşılandı ki... — VİDEO
 
2024-11-05 , 12:10

Türkiyə prezidenti Ərdoğan Bişkekdə şahinlə qarşılanıb.


Demokrat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedib.

Bişkek hava limanına enən Ərdoğan ənənəvi qırğız qonaqpərvərliyinə uyğun olaraq şahinlə qarşılanıb.

Şahinlə qarşılanma Qırğızıstan mədəniyyətində qonağa verilən hörməti və dəyəri simvollaşdırır. Şahin zadəganlıq və güc simvolu kimi xüsusi qonaqlar üçün şərəf əlaməti hesab olunur.

Bu qarşılanma ilə iki ölkə arasında mədəni əlaqələr də vurğulanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.