Yenilik.Az
www.Yenilik.Az » Dünya » Zurabişvili istefa verməyəcəyini açıqladı

Zurabişvili istefa verməyəcəyini açıqladı

Zurabişvili istefa verməyəcəyini açıqladı
2024-12-01 , 14:20

Gürcüstan Prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini açıqlayıb.

Yenilik.az xəbər verir ki, Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.
“Mən sizin prezident olaraq qalıram, legitim parlament yoxdur. Müvafiq olaraq, qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - Zurabişvili bildirib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar seçkinin nəticəsini qəbul etməyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.