Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp gəlininə yeni vəzifə verdi - FOTO

Tramp gəlininə yeni vəzifə verdi - FOTO

Tramp gəlininə yeni vəzifə verdi - FOTO
2024-12-11 , 21:30

Yenidən ABŞ prezidenti seçilən Donald Tramp Yunanıstandakı səfir vəzifəsinə oğlu kiçik Donald Trampın nişanlısı Kimberli Quilfoylun namizədliyini irəli sürüb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Quilfoyle sosial mediada Trampın namizədliyini qəbul etdiyini açıqlayıb.
Tramp Quilfoyle ilə bağlı bu açıqlamaları verib: "Kimberli uzun illərdir yaxın dost və müttəfiqdir. Onun hüquq, media və siyasət sahəsindəki zəngin təcrübəsi kəskin zəka ilə birləşərək onu ABŞ-ı təmsil etmək və müdafiə etmək üçün yüksək ixtisaslı namizəd edir".
Sosial media hesabında Trampın namizədlik təklifini qəbul etdiyini açıqlayan Quilfoyle "Prezident Trampın Yunanıstandakı səfir vəzifəsinə namizədliyini qəbul etməkdən şərəf duyuram və ABŞ Senatının dəstəyini almağı səbirsizliklə gözləyirəm. Prezident Trampın tarixi qələbəsi Amerika xalqına və bütün dünyada azadlıqsevər müttəfiqlərinə ümid və nikbinlik gətirir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.