Yenilik.Az
www.Yenilik.Az » Dünya » Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb
2024-12-26 , 22:52

Aktau, Kurık və Bautino limanlarında Xəzər sularına Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə çələnglər buraxılıb.

Bu barədə “Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir.
“Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara hörmət və hüzn əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hisslərini başa düşürük, biz sizinləyik. Sizin kədərinizi bölüşürük və sizinlə birgə yas tuturuq”, – aksiya iştirakçıları qeyd ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.