Yenilik.Az
www.Yenilik.Az » Dünya » Mask "Grok 3" neyron şəbəkəsini hər kəs üçün pulsuz etdi

Mask "Grok 3" neyron şəbəkəsini hər kəs üçün pulsuz etdi

Mask
2025-02-21 , 16:58

"xAI" şirkəti İlon Maskın dünyanın ən ağıllı süni intellekt modeli adlandırdığı yeni "Grok 3"ə girişi pulsuz edib.

Oxu.Az xəbər verir ki, bu barədə "xAI"nin "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
"Grok 3" indi "X" sosial şəbəkəsinin proqramında və "Grok"un saytında beta versiyada mövcuddur.
Qeyd olunur ki, "X Premium+" və "SuperGrok" abunəçiləri "Grok 3"ə genişləndirilmiş giriş, həmçinin səs rejimi kimi əlavə funksiyalara erkən giriş əldə edəcəklər.
"Grok 3" pulsuz versiyasının istifadəçiləri dərin axtarış və təfərrüatlı, əsaslandırılmış cavablar üçün "DeepSearch" və mürəkkəb riyaziyyat, elm və proqramlaşdırma problemlərini yeni əsaslandırma modelindən istifadə edərək həll etmək üçün "Think"dən istifadə edə biləcəklər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.