Baydenə ağır İTTİHAM: 8 milyon toyuğu...

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təxminən 8 milyon toyuğu kəsərək yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olub.
O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuğu məhv etdiyini deyib.
Livitt ölkədəki yumurta böhranını "Bayden böhranı" adlandırıb. Livitt qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.
Bildirilir ki, yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi maksimuma çatıb.
Bundan əvvəl ABŞ-da yumurtanın qiymətinin artması ilə əlaqədar yoxlamalara başlanmışdı. /Lent.az
OXŞAR XƏBƏRLƏR