Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranlı nazir BUNA GÖRƏ Bakıya gəlir

İranlı nazir BUNA GÖRƏ Bakıya gəlir

İranlı nazir BUNA GÖRƏ Bakıya gəlir
2025-04-08 , 15:28

İranın yol və şəhərsalma naziri, eyni zamanda İran-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri olan Fərzanə Sadiq bu gün Azərbaycana rəsmi səfərə gəlir.

Onun səfəri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin dəvəti əsasında baş tutacaq.
Səfər çərçivəsində iki ölkə arasında nəqliyyat, gömrük, energetika, neft-qaz, su ehtiyatları və ticarət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq, mövcud ortaq layihələrin icra vəziyyəti nəzərdən keçiriləcək.
Bundan əlavə, tərəflər İran prezidenti Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan səfəri ilə bağlı hazırlıq məsələlərini də diqqət mərkəzində saxlayacaqlar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.