Yenilik.Az
www.Yenilik.Az » Dünya » Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”

Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”

Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”
2025-05-19 , 15:23

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəsə razılıq verməyi tələb edib.

Bu barədə Fransanın dövlət başçısı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Vladimir Putin bu gün ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan danışıq zamanı sülh istədiyini göstərməlidir.
Makron vurğulayıb ki, Rusiya lideri Tramp tərəfindən irəli sürülmüş və Ukrayna ilə Avropa tərəfindən dəstəklənən 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməlidir.
“Sülh istəyirsə, bunu göstərməyin yeganə yolu atəşkəsə dərhal razılıq verməkdir,” – deyə Makron bəyan edib.
Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.