Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranın raket hücumu zamanı Təl-Əvivdəki ABŞ səfirliyi zərər gördü

İranın raket hücumu zamanı Təl-Əvivdəki ABŞ səfirliyi zərər gördü

İranın raket hücumu zamanı Təl-Əvivdəki ABŞ səfirliyi zərər gördü
2025-06-16 , 12:54

Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşüb.

Bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.
"Raketlərdən biri ABŞ səfirliyi kompleksinin ərazisinə yaxın bir yerə düşüb", - deyə məlumatda bildirilir.
Portal raketin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.
Öz növbəsində ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində səfirlik az miqdarda zərər görüb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.
Bundan əvvəl Təl-Əvivdə Danimarka səfirinin yaşadığı çoxmərtəbəli binaya İranın atdığı raket düşüb. Danimarkanın İsraildəki səfiri Tomas Vinkler "Facebook" hesabında bildirib ki, təhlükəsiz sığınacaqda olduğu üçün o, xəsarət almayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.