Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail Tehranın qərbindəki hərbi qarnizona zərbə endirib

İsrail Tehranın qərbindəki hərbi qarnizona zərbə endirib

İsrail Tehranın qərbindəki hərbi qarnizona zərbə endirib
2025-06-16 , 13:47

İsrail İranın paytaxtı Tehranın qərb hissəsində yerləşən hərbi qarnizona hava hücumu təşkil edib.

Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Hücum nəticəsində zərər və ya insan tələfatı barədə məlumat verilməyib.
Hücum zamanı Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.
Qeyd edək ki, İsrail 13 iyun gecəsi İranın nüvə proqramına qarşı yönəlmiş “Qalxan Şir” əməliyyatına başlayıb. Bundan bir gün sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə isə tərəflər qarşılıqlı raket zərbələri ilə bir-birinə hücum ediblər.
Tərəflər hücumlar nəticəsində ölən və yaralananların olduğunu, həmçinin bir sıra obyektlərin vurulduğunu təsdiqləsələr də, zərərin məhdud olduğunu bildiriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.