Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb

Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb

Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb
2025-06-22 , 13:50

Prezident Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini bildirib.

Bu barədə dövlət başçısı “Truth Social”da yazıb.
“Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o yazıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.