ABŞ ordusu İranın üç nüvə obyektinə hücum edib

ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə uğurla hücum etdiyini açıqlayıb.
“Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana çox uğurlu hücumumuzu başa çatdırdıq. İndi bütün təyyarələr İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar. İndi sülh vaxtıdır!”, - Tramp qeyd edib.
OXŞAR XƏBƏRLƏR