Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub

İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub

İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
2025-07-13 , 14:16

sraillə İran arasında 12 günlük münaqişə zamanı İran Prezidenti Məsud Pezeşkian İsrailin hava hücumundan sonra ayağından yaralanıb.

Oxu.Az bu barədə "Fars" agentliyinə istinadla xəbər verir.
Jurnalistlərin məlumatına görə, hadisə iyunun 16-da baş verib. Həmin vaxt Tehrandakı binalardan birinin zirzəmisində yüksəkvəzifəli məmurların görüşü keçirilirdi. Bu vaxt İsrail ordusu binanın giriş və çıxışlarına altı ədəd idarə olunan raket zərbəsi endirib.
Agentlik əlavə edib ki, hücum nəticəsində görüş iştirakçılarının bəziləri, o cümlədən Pezeşkian təxliyə zamanı yüngül xəsarətlər alıb.
Materialın müəllifləri qeyd ediblər ki, İsrailin zərbəsi "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsinə oxşar şəkildə həyata keçirilib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək "Yüksələn aslan" əməliyyatına başlayıb.
İran buna cavab olaraq "Doğru vəd 3" əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.