Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Evimdə əsir götürülmüşəm” - Maduro

“Evimdə əsir götürülmüşəm” - Maduro

“Evimdə əsir götürülmüşəm” - Maduro
2026-01-06 , 09:26

Nyu-York Federal Məhkəməsində Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə keçirilən ilk dinləmədə o, özünü “müharibə əsiri” elan edərək bütün ittihamları rədd edib.

“Qafqazinfo” xəbər verir ki, CNN tərəfindən canlı yayımlanan məhkəmə prosesində hakim Alvin Hellerşteyn Maduro və həyat yoldaşı Siliya Floresin həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Prezident və xanımı məhkəmədə ispan dilində çıxış edərək günahsız olduqlarını bildiriblər.
“Mən Venesuela Prezidentiyəm və özümü müharibə əsiri hesab edirəm. Karakasdakı evimdə əsir götürülmüşəm”, – deyə o vurğulayıb.
Qeyd edək ki, hakim növbəti məhkəmə iclasını 17 mart tarixinə təyin edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.