Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ramzan Kadırovun oğlu ağır qəzaya düşdü

Ramzan Kadırovun oğlu ağır qəzaya düşdü

Ramzan Kadırovun oğlu ağır qəzaya düşdü
2026-01-17 , 09:30

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov yol-nəqliyyat hadisəsindən sonra Qroznıda xəstəxanaya yerləşdirilib.

Bu barədə “Kavkaz.Realii” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kadırovun yerləşdirildiyi xəstəxanaya gedən yollar bağlanıb.
Qeyd olunur ki, Adam Kadırovun korteji yüksək sürətlə, avtomobillər ard-arda hərəkət edərkən qəfil maneə ilə üzləşib.
Nəticədə avtomobillər bir-birinə çırpılıb. Xəsarət alanların digər şəxslərin də olduğu vurğulanır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.