Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp Xamenei barədə: “Çox ciddi narahat olmalıdır”

Tramp Xamenei barədə: “Çox ciddi narahat olmalıdır”

Tramp Xamenei barədə: “Çox ciddi narahat olmalıdır”
2026-02-05 , 08:23

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin “çox ciddi narahat olmalı” olduğunu bildirib.

Tramp bunu "NBC News" telekanalına müsahibəsində müvafiq suala cavab verərkən deyib: “Deyərdim ki, bəli, o, çox ciddi şəkildə narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar”.
ABŞ Prezidenti qeyd edib ki, Yaxın Şərqdə sülh istərdi. Bununla yanaşı, o, Tehranın nüvə proqramını bərpa etmək qərarına gələcəyi təqdirdə Vaşinqtonun “çox pis addımlar atacağı” ilə hədələyib.
“ABŞ gəldi və onların nüvə proqramını məhv etdi. Əgər biz bunu etməsəydik, Yaxın Şərqdə sülh olmazdı”, – deyə Tramp vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.