Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail Xameneinin öldüyünü açıqladı - Yenilənib

İsrail Xameneinin öldüyünü açıqladı - Yenilənib

İsrail Xameneinin öldüyünü açıqladı - Yenilənib
2026-03-01 , 03:59

İranın ali lideri Əli Xameneinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir.

Bunu İsrail rəsmisi “The Times of Israel”ə açıqlamasında deyib.
Hadisənin dəqiq vaxtı və istifadə olunan zərbə vasitələri barədə əlavə məlumat hələ açıqlanmayıb.
***
“Reuters” Xameneinin öldüyünü və nəşinin tapıldığını yazıb.
***
“The Times of Israel” yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahuya Əli Xameneinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim edilib.
Məlumata əsasən, İsrailin bu səhər İrana qarşı həyata keçirdiyi hücumların ilk dalğasında Xameneinin olduğu bina hədəfə alınıb.
***
“Axios”un yazdığına görə, İsrailin Vaşinqtondakı səfiri ABŞ rəsmilərinə bildirib ki, İranın Ali Lideri Əli Xamenei şənbə günü ABŞ və İsrail arasında keçirilən genişmiqyaslı birgə hərbi əməliyyatın bir hissəsi olaraq İsrailin hücumu nəticəsində öldürülüb.
İsrail kəşfiyyatının məlumatına görə, İsrail rəsmisi Xameneinin öldüyünü təsdiqləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.