Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail Pezeşkianın Ofisinə hücumun görüntülərini yayımladı - VİDEO

İsrail Pezeşkianın Ofisinə hücumun görüntülərini yayımladı - VİDEO

İsrail Pezeşkianın Ofisinə hücumun görüntülərini yayımladı - VİDEO
2026-03-03 , 17:51

İsrailin Müdafiə Nazirliyi İranın hökumət məhəlləsinə endirilən zərbələrin süni intellektlə hazırlanmış görütülərini yayımlayıb.


Yenilik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hücum zamanı əsas hədəflər sırasında İran Prezidenti Məsud Pezeşkianın ofisi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın binası, təhlükəsizlik məsələləri üzrə yüksəksəviyyəli forumun iclas yerləri, hərbi zabitlərin hazırlanma müəssisəsi və digər vacib infrastruktur obyektləri olub.

Qeyd olunan obyektlərə çoxsaylı döyüş sursatlarının atıldığı bildirilir. Məlumata görə, kompleksə zərbə İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat idarəsi tərəfindən həyata keçirilən uzunmüddətli kəşfiyyat məlumatlarının toplanması və təhlili prosesindən sonra endirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.