Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail Azərbaycana hücumla bağlı bəyanat verdi

İsrail Azərbaycana hücumla bağlı bəyanat verdi

İsrail Azərbaycana hücumla bağlı bəyanat verdi
2026-03-05 , 16:28

İsrail İranın Azərbaycanın Naxçıvan hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini pisləyir.


Bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel sosial media hesabında paylaşım edib.

Ş.Haskel Naxçıvandakı hadisəni İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsi kimi qiymətləndirib:

"Bu gün səhər Azərbaycanda İranın özünü itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb. Tehrandakı osminoqun başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır”.

Nazir müavini həmçinin vurğulayıb ki, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır: "Dünya İranı dayandırmayana qədər, o dayanmayacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.