Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran Ermənistana gedən yük maşınını vurdu

İran Ermənistana gedən yük maşınını vurdu

İran Ermənistana gedən yük maşınını vurdu
2026-04-01 , 19:59

BƏƏ-dən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda atəşə tutulub.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən “Norduz” sərhəd-keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib.

Məlumata görə, mərmi düşən zaman sürücü (İran vətəndaşı) hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb.

Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl İrəvana aparılıb və hazırda dəymiş ziyanın dəyərləndirilməsi işləri gedir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.