Hörmüz boğazında gərginlik: Çin İranı niyə qoruyur?
“İranın xarici işlər naziri Abbas Əraqçının Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır. Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükəndirmək üzrədir. Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi artıb”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Pekin İranın ABŞ-a məğlub olmasını əngəlləməyə çalışır:
“Pekində həmkarıyla görüşən Çinin xarici işlər naziri Van İnin “Çin İranın etibarlı strateji tərəfdaşıdır” açıqlaması Vaşinqtona mesajdır. Van İ bildirib ki, Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Van İ iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Pekin Vaşinqton və Tel-Əvivdən fərqli olaraq İranın nüvə silahı əldə etməyə çalışmasına inanmır. Bunu Van İnin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” sözləri də təsdiq edir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bu beynəlxalq təşkilatda İrana qarşı qətnamələrin qəbulunun qarşısını alır.
Pekinin İrana hərtərəfli dəstəyini davam etdirməsinə baxmayaraq, Tehranın Vaşinqtonla danışıqlar yolu ilə məsələlərin həllinə üstünlük verməsini istəyir. Əlbəttə, Pekin bu zaman Vaşinqtonun Tehrana təzyiqini də qəbul etmir. Bütün hallarda “Hörmüz boğazı” ətrafındakı gərginliyin davamı Çinin maraqlarına ziddir. Çin İran və Körfəz ölkələrinin enerji resurslarını və mineral zənginliklərini nəql etməkdən məhrum olub. Çin bölgədəki gərginliyə qədər neftə olan tələbatının yarıdan çoxunu “Hörmüz boğazı” üzərindən əldə edirdi. Mövcud vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir ki, “Hörmüz boğazı” müharibədən əvvəl olduğu kimi bütün dövlətlərin gəmilərinə açıq olsun. Pekinin bu məsələnin həllindəki rolu ABŞ Prezidenti Donald Trampın bir neçə gündən sonra Çinə planlaşdırılan səfərinə də müsbət təsir edə bilər. Ancaq Pekin “Hörmüz boğazı”nın açılmasını istəsə də, ABŞ-ın boğazın girişini mühasirədə saxlaması siyasətini qətiyyətlə rədd edir. Ona görə də Pekin Vaşinqtonun istəyi ilə birtərəfli qaydada Tehrana təzyiq etməyəcək. Çünki, Çin hakimiyyəti düşünür ki, “Hörmüz boğazı”yla bağlı problemin qarşılıqlı güzəştlərlə həlli mümkündür. Tehranla Vaşinqton isə boğazla bağlı qarşılıqlı güzəştlərə hələ ki, hazır deyillər”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezidentlər Birgə Bəyanat imzaladılar
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident “Kazinform”a müsahibə verdi - TAM MƏTN
Prezident İlham Əliyev Çinin Baş naziri ilə görüşdü - FOTO - YENİLƏNDİ
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Prezident Özbəkistan mediasına müsahibə verib
Çindən İrana xəbərdarlıq – “Qətərə toxunma!”
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi 2026-07-10 , 01:29
Süni intellekt üçün internet “Bakcell”dən 2026-07-09 , 16:51
"Biabır olanlar fonoqrama oxuyanlardır" - VİDEO 2026-07-09 , 16:41
Azərbaycanda serebral iflic olan qadın ana oldu 2026-07-09 , 16:31
Məşhurlar İlkin Misgərlinin parodiyası haqda: "Bunu çəkib paylaşana ayıb olsun, biabırçılıqdır, günah edib" 2026-07-09 , 16:23
Aygün Kazımovanın qızı ilə Röya Ayxanın qardaşı bir arada - FOTO 2026-07-09 , 16:18
Cəbrayılın icra başçısına icazə verilmədi: 112 minlik tender ləğv edildi 2026-07-09 , 16:15
“Kontakt Home”la bağlı daha bir narazılıq: “Bizi aldadırlar” – Foto 2026-07-09 , 16:15
Natiq Cəfərlidən AQTA-ya sərt reaksiya: “Bu, sahibkarlığa əlavə məhdudiyyətdir” 2026-07-09 , 16:14
Elza Seyidcahan süpürgə ilə poz verdi - FOTO 2026-07-09 , 16:05
“Qurtuluş” yenidən açılır – Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO 2026-07-09 , 16:04
Elşad Xosedən polisə şikayət olundu 2026-07-09 , 16:01
Autizmli uşağı parodiya edən İlkin: "Söyüş və qarğış silməkdən yorulmuşam" 2026-07-09 , 15:59
Mehinin ölkədən çıxışı qadağan edilib - VİDEO 2026-07-09 , 15:57
"Ərim var ki, gizlədim?" - Sevda Sanəliyeva 2026-07-09 , 15:53
Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" - VİDEO 2026-07-09 , 15:49
Niyama hədiyyə olunan ev saxta çıxdı 2026-07-09 , 10:33
Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur” 2026-07-09 , 10:32
Tehran Vaşinqtonu hədələdi 2026-07-09 , 10:30
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı 2026-07-09 , 10:28
Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri... 2026-07-09 , 10:26
Kərim 5 mindən çox maaş istəyir 2026-07-09 , 10:15
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi 2026-07-08 , 15:58
Şuşada bunu etmək qadağan edildi - FƏRMAN 2026-07-08 , 15:57
İlham Əliyev daha bir sərəncam imzaladı 2026-07-08 , 15:56
Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman - Bu qadağan olundu 2026-07-08 , 15:54
Onlara diplomatik rütbə verildi - SƏRƏNCAM 2026-07-08 , 15:52
Tramp: Ərdoğanı müharibədən çəkindirdim 2026-07-08 , 15:49
İki vəkilə töhmət verildi, biri cərimələndi 2026-07-08 , 15:42
ƏDV-lərlə bağlı yenilik olacaq 2026-07-08 , 13:16
Vüsalə Əlizadə:"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"- VİDEO 2026-07-08 , 13:12
Zorakılığa məruz qalan azyaşlının anası: “Həmin gün bilmişəm ki…” – VİDEO 2026-07-08 , 13:10
Autizmli uşağı parodiya etməsi tənqid olundu – “Buna görə utanmalısan” - VİDEO 2026-07-08 , 12:59
Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb 2026-07-08 , 12:49
Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular 2026-07-08 , 12:48
Sevinc Hüseynovanın Səidə Bəkirqızıya qarşı məhkəmə iddiası rədd edilib - Vəkildən açıqlama 2026-07-08 , 12:47
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq 2026-07-08 , 12:45
Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? 2026-07-08 , 12:45
Əməkdar artist toy qiymətlərindən gileyləndi: "Dəliyəm, hər gün 3500 manata..." - VİDEO 2026-07-08 , 12:43
Makronun rəsmi dövlət maşını məsxərəyə qoyuldu - VİDEO 2026-07-08 , 12:42
Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
Gecə "Nağıl Bağ" restoranında nə baş verir? - VİDEO 2026-07-08 , 12:33
Bir zamanlar "Şərq bazar"ı idi, indi isə çuxurla dolu yol 2026-07-08 , 12:27
Anar Bağırov tapşırıqlar verdi - FOTO 2026-07-08 , 12:00
Müəllimlərin və şagirdlərin geyimi ilə bağlı dəyişiklik bizə nə vəd edir? 2026-07-08 , 05:08
Bəşəriyyət təbii fəlakət qarşısında acizdir 2026-07-07 , 18:50