Yenilik.Az
www.Yenilik.Az » Dünya » TRT-nin aparıcısı bu sözünə görə gecə ilə işdən qovuldu

TRT-nin aparıcısı bu sözünə görə gecə ilə işdən qovuldu

TRT-nin aparıcısı bu sözünə görə gecə ilə işdən qovuldu
2026-05-11 , 16:56

TRT 1 Ana Xəbər bülleteninin aparıcısı Işıl Açıkkarın "Analar günü" yayımındakı çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aparıcının canlı yayımda işlətdiyi ifadələrdən sonra vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Yenilik.az xəbər verir ki, hadisə mayın 10-da xəbərlər proqramının bağlanışı zamanı baş verib. Aparıcı efirdə heyvan sahibi olmasına toxunaraq özünü "patili ana" adlandırıb. Onun ev heyvanlarına sevgisini bu formada ifadə etməsi izləyicilər arasında birmənalı qarşılanmayıb.

Sözügedən çıxış qısa müddətdə sosial mediada gündəmə çevrilib. Bir çox istifadəçi aparıcıya dəstək versə də, bəziləri bu ifadəni tənqid atəşinə tutub.

Müzakirələrin böyüməsindən sonra TRT rəhbərliyinin Işıl Açıkkarı ana xəbər aparıcılığı vəzifəsindən azad etdiyi iddia olunur. Hələlik telekanal rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib./demokrat.az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.