Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda qadın mağazadan oğurluq edib

Bakıda qadın mağazadan oğurluq edib

Bakıda qadın mağazadan oğurluq edib
2023-03-10 , 15:16

Bakıda qadın mağazadan oğurluq edib.

Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.