Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Sabirabadda evdən külli miqdarda pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs ələ keçdi

Sabirabadda evdən külli miqdarda pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs ələ keçdi

Sabirabadda evdən külli miqdarda pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs ələ keçdi
2023-03-24 , 13:14

Sabirabadda evdən 10 750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.
M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10 750 ABŞ dolları və 12 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.