Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda evdən 110 min dollar pul oğurlanıb

Bakıda evdən 110 min dollar pul oğurlanıb

Bakıda evdən 110 min dollar pul oğurlanıb
2023-04-05 , 12:48

Bakıda evdən külli miqdarda pul oğurlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110 000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.