Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu

Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu

Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu
2023-04-27 , 12:08

Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

Yenilik.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.