Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı
Bu gecə Bakıda ağır yol qəzası baş verib.
Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.
İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.
Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.
Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR