Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb
2023-03-14 , 11:40

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenilik.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.