Toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanıldılar

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən doqquz nəfər məsuliyyətə cəlb edilib.
Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdiriliblər.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.