Yenilik.Az
www.Yenilik.Az » Hadisə » 19-cu mərtəbədən yıxıldı, ayağa qalxaraq təcili yardıma getdi

19-cu mərtəbədən yıxıldı, ayağa qalxaraq təcili yardıma getdi

19-cu mərtəbədən yıxıldı, ayağa qalxaraq təcili yardıma getdi
2023-04-05 , 07:29

Rusiyanın Voronej şəhərində 19-cu mərtəbədən yıxılan kişi ayağa qalxaraq təcili yardıma tərəf yollanıb.

Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. 1 saylı təcili tibbi yardım xəstəxanasının əməkdaşlarının verdiyi məlumata görə, zərərçəkmiş neyrocərrahiyyə şöbəsində müalicə olunur. İndi onun həyat və sağlamlığına heç bir təhlükə yoxdur.
Qeyd edək ki, orta yaşlı kişi evdə spirtli içki qəbul edib və naməlum səbəbdən pəncərədən yıxılaraq “Nissan X-Trail” markalı avtomobilin üzərinə düşüb. Xilasedicilər onu qəzaya uğramış avtomobildən çıxaran zaman o, ayağa qalxaraq təkbaşına təcili yardıma tərəf gedib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.