Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq

Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq

Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq
2023-04-15 , 10:50

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyanla bağlı cinayət işi açılmayıb.

Yenilik.az xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat yayıb.
Onun sözlərinə görə, istintaqın ilkin mərhələsində istintaq orqanı “cinayət tərkibinin olmadığını” bildirib.
“İlkin məlumatlara görə, cinayət işi başlanmayacaq”, - deyə o əlavə edib.
Vəkil onu da qeyd edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib, materiallar prokurorluğa göndərilib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.