Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Şəkidə 5 avtomobil toqquşdu: Xəsarət alan var

Şəkidə 5 avtomobil toqquşdu: Xəsarət alan var

Şəkidə 5 avtomobil toqquşdu: Xəsarət alan var
2023-04-22 , 13:34

Şəkidə baş vermiş zəncirvari qəzada xəsarət alan var.

Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşviq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.