Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Meşəli soyqırımının şahidi Xaçaturyanın dəhşətli cinayətlərindən danışdı - Video

Meşəli soyqırımının şahidi Xaçaturyanın dəhşətli cinayətlərindən danışdı - Video

Meşəli soyqırımının şahidi Xaçaturyanın dəhşətli cinayətlərindən danışdı - Video
2023-07-30 , 19:39

1991-ci il dekabrın 23-də qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Xocalı rayonunun Meşəli kəndində amansız hadisələr törədib. Onlar kəndə daxil olaraq Quliyevlər ailəsindən 4, Novruzovlar ailəsindən isə 5 nəfəri öldürüblər.

Bu barədə İctimai Televiziyaya müsahibəsində ermənilərin hücumu zamanı sağ qalan Sabir Qasımov deyib.
Qasımov erməni terrorçularının silahsız insanlara qarşı minaatanlardan da istifadə edərək qadın, uşaq və qocaları öldürdüyünü vurğulayıb:
"Allahverdiyevlərin yeddinci sinifdə oxuyan oğlu Vidadi şəhid edildi. Onların qonşuları da şəhid edildi. 80 yaşlı Sürəyya xala da qətlə yetirilib. Kənd sakinlərinin bir qismi Şuşa yolunda ermənilər tərəfindən qabaqları kəsilərək qətlə yetirilmişdi", - deyə o bildirib.
Daha ətraflı süjetdə:
Qeyd edək ki, iyulun 29-da qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.