Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş

Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş

Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş
2023-09-16 , 16:06

Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Lexus” markalı avtomobillə ağır qəza törədən 1986-cı il təvəllüdlü Elmar Allahverdiyev tanınmış şəxsdir. Belə ki, E.Allahverdiyev keçmiş hərbçidir və ali təhsilli kəşfiyyatçı olub.
Aprel döyüşlərində iştirak etmiş Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib və dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, "Lexus" markalı avtomobilin işıq dirəyi və ağaclara çırpılması zamanı Elmar Allahverdiyev spirtli içkinin təsiri altında olub. Onun avtomobili yüksək sürətlə idarə etməsi dəmüəyyənləşib. 
Həmçinin o da məlum olub ki, qəzada vəfat edən 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva Elmar Allahverdiyevin həyat yoldaşıdır. Hadisə nəticəsində onun 2 övladı və digər qohumu da müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.