Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 23 nəfər xəsarət alıb, ölən var - YENİLƏNDİ

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 23 nəfər xəsarət alıb, ölən var - YENİLƏNDİ

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 23 nəfər xəsarət alıb, ölən var - YENİLƏNDİ
2023-11-23 , 15:27

TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.

 
TƏBİB-dən bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
 
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində xəsarət alaraq xəstəxanada ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.
 
***
14:08
 
Bərdədə yas mərasimi keçirilən ev uçub.
 
Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçrilən zaman ev anidən çöküb. Hadisə nəticəsində 10-dan çox şəxsin xəsaeət aldığı bildirilir.
 
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib./APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.