Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Mərasim evində yaralananların - ADLARI

Mərasim evində yaralananların - ADLARI

Mərasim evində yaralananların - ADLARI
2024-01-19 , 15:52

Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində yaralananların adları açıqlanıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Onlar 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızıdır.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.