Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Azərbaycanda barmağından əməliyyat olunan kişi öldü

Azərbaycanda barmağından əməliyyat olunan kişi öldü

Azərbaycanda barmağından əməliyyat olunan kişi öldü
2024-01-30 , 14:49

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.


Yenilik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Rəşid oğlu Cavadov dünən həmin tibb ocağında əməliyyat olunub.


Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa müddət sonra pisləşib və xəstə vəfat edib.

Bildirilib ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.