Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO

Bakıda restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO

Bakıda restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO
2025-01-13 , 17:06

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" restoranına qrup şəkilində kəsici və deşici alətlərlə hücum olub. Bakues.az-ın "Qaynar Xətti"nə daxil olan məlumata görə, hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir.

 
Restorana hücum edən 5 nəfər - Qədirov Fariz Arif oğlu, Qədirov Sübhan, Qədirov Ağa və kimliyi bilinməyən iki nəfər olub.
 
Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub.
 
Şahidlərin sözlərinə görə, qeyd olunan şəxslər restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər.
 
Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.