Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda gənc əks istiqamətli yola çıxıb özünü videoya çəkdi – Təhlükə saçdı

Bakıda gənc əks istiqamətli yola çıxıb özünü videoya çəkdi – Təhlükə saçdı

Bakıda gənc əks istiqamətli yola çıxıb özünü videoya çəkdi – Təhlükə saçdı
2025-05-02 , 14:47

Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial şəbəkə hesabında paylaşıb.

Yenilik.az Avtosfer.az-a istinadən xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb.
Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə uyğun olaraq, 4 bal və 150 manat cərimə ilə nəticələnir.
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.