“Zümrüd Residence”də bədbəxt hadisə - 8 yaşlı uşaq öldü

Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən “Zümrüd Residence”də bədbəxt hadisə baş verib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 14 iyun 2025-ci il tarixində 8 yaşlı şəxs (kişi cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hospitalizasiya olunub.
Aparılan bütün zəruri tibbi yardımlara baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR