Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qubada ayılar kəndə hücum edib

Qubada ayılar kəndə hücum edib

Qubada ayılar kəndə hücum edib
2025-09-23 , 12:19

Qubada ayılar kəndə hücum edib.

Yenilik.az "Report"a istinadən xəbər verir ki, Quba rayonunun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus heyvanları parçalayıb.
Hadisə nəticəsində kənd sakinləri İsa Hüseynova məxsus camış və Sübhan Əhmədova məxsus inək tələf olub.
Yerli sakinlərin sözlərinə görə, iki heyvanı tələf edən ayıların izləri kəndin daxilində də müşahidə olunur.
Sakinlər təhlükə içərisində olduqlarnı qeyd edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.