Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Premium Clinic”də qadın əməliyyatdan sonra öldü

“Premium Clinic”də qadın əməliyyatdan sonra öldü

“Premium Clinic”də qadın əməliyyatdan sonra öldü
2025-10-12 , 00:12

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.


Yenilik.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının qəfil halı pisləşib və orada dünyasını dəyişib.

Qadının ailəli olduğu bildirilir.

Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.