Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “MedAura”da gənc qız burun əməliyyatından sonra komaya düşdü

“MedAura”da gənc qız burun əməliyyatından sonra komaya düşdü

“MedAura”da gənc qız burun əməliyyatından sonra komaya düşdü
2025-11-03 , 15:17

Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb. 

Yenilik.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə xəstənin yaxınları şikayət ediblər.
Nigar Budaqlı aprelin 30-da "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. 
Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.
Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.