Beynəlxalq Mediasiya Barışıq Sazişlərinin Tanınması və İcrası Sistemində Sinqapur Konvensiyasının Azərbaycan üçün Hüquqi Əhəmiyyəti
Müasir dövrdə beynəlxalq kommersiya münasibətlərinin genişlənməsi ilə dövlətlərarası və transmilli mübahisələrin alternativ həlli mexanizmlərinə ehtiyac əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan mediasiya institutu Azərbaycanda da mübahisələrin sürətli, çevik və tərəflərin maraqlarına uyğun həll vasitəsi kimi xüsusi önəm qazanmışdır. Lakin mediasiyanın əsas zəif tərəfi mediasiya nəticəsində əldə edilən barışıq sazişlərinin dövlətlərarası tanınması və icrası məsələsi olmuşdur. Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyası (Sinqapur Konvensiyası, 2018) məhz bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır. Bu məqalədə Konvensiyanın hüquqi mahiyyəti, əsas müddəaları və onun Azərbaycan Respublikası üçün mümkün normativ, institusional və iqtisadi əhəmiyyəti təhlil etməyə və mövcud qanunvericilik aktlarına mümkün və zəruri dəyişikliklərə toxunmağa çalışacağam.
Açar sözlər: mediasiya, Sinqapur Konvensiyası, beynəlxalq kommersiya mübahisələri, barışıq sazişi, icra, alternativ mübahisə həlli.
Giriş
Qloballaşan iqtisadi münasibətlər şəraitində beynəlxalq müqavilələrin sayı artdıqca, həmin münasibətlərdən irəli gələn mübahisələrin həlli mexanizmləri də strateji əhəmiyyət kəsb edir. Ənənəvi məhkəmə icraatı və arbitraj institutları ilə yanaşı mediasiya son illərdə daha geniş tətbiq edilməyə başlanmışdır. Mediasiyanın üstünlükləri sırasında vaxt və xərc baxımından səmərəlilik, tərəflər arasında mövcud kommersiya münasibətlərinin qorunması, konfidensiallıq və çeviklik xüsusi qeyd olunur.
Bununla belə, uzun müddət mediasiya nəticəsində bağlanan beynəlxalq barışıq sazişlərinin başqa dövlətlərdə tanınması və məcburi icrası üzrə vahid mexanizm mövcud olmamışdır. Bu problem isə mediasiyanın beynəlxalq ticarət münasibətlərində tam potensialı ilə tətbiqinə maneə yaradırdı. Məhz bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası (United Nations Commission on International Trade Law) tərəfindən hazırlanmış və 2018-ci ildə qəbul olunmuş Sinqapur Konvensiyası mediasiya sahəsində mühüm beynəlxalq hüquqi sənəd kimi mühüm əhəmiyyətə malikdir.
Sinqapur Konvensiyasının hüquqi mahiyyəti
Sinqapur Konvensiyası mediasiya nəticəsində əldə olunan beynəlxalq kommersiya xarakterli barışıq sazişlərinin iştirakçı dövlətlərdə tanınması və icrası üçün vahid hüquqi mexanizm yaradır.
Bu baxımdan Konvensiya arbitraj qərarlarının tanınması və icrasını tənzimləyən Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası haqqında Konvensiya (Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards) ilə funksional oxşarlıq təşkil edir. Yeri gəlmişkən qeyd edim ki, 9 noyabr 1999-cu il tarixli "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Konvensiyaya qoşulmaq barədə Qanunun qəbulu ilə Azərbaycan Respublikası bu konvensiyaya qoşulmuşdur.
Maddə 1 – Tətbiq dairəsi
Sinqapur Konvensiyası aşağıdakı meyarlara cavab verən sazişlərə tətbiq olunur:
- mediasiya nəticəsində əldə olunmalıdır;
- yazılı formada olmalıdır;
- kommersiya münasibətindən irəli gəlməlidir;
- beynəlxalq xarakter daşımalıdır.
Ailə, miras, əmək və istehlak münasibətlərindən irəli gələn sazişlər Konvensiyanın tətbiq dairəsindən kənarda saxlanılmışdır ki, bu da Konvensiyanın kommersiya dövriyyəsinə yönəldiyini və investor münasibətlərinə xidmət etdiyini göstərir.
Əsas mexanizm: tanınma və icra
Maddə 3
Konvensiyanın ən mühüm yeniliyi ondan ibarətdir ki, iştirakçı dövlətlər mediasiya nəticəsində əldə olunmuş sazişlərin icrasını təmin etməyi və həmin sazişlərə müdafiə vasitəsi kimi istinad edilməsini tanımağı öhdələrinə götürürlər. Bu müddəa praktiki baxımdan aşağıdakı nəticələri yaradır:
- mediasiya sazişi sadəcə etik razılaşma olaraq qalmır;
- öhdəliyin yerinə yetirilməməsi halında hüquqi müdafiə mümkündür;
- beynəlxalq ticarətdə mediasiyanın etibarlılığı artır.
İcradan imtina əsasları
Maddə 5
Sinqapur Konvensiyası eyni zamanda balanslaşdırılmış mexanizm yaradır. Belə ki, hər bir saziş avtomatik icra olunmur. İştirakçı dövlətin səlahiyyətli orqanı müəyyən hallarda icradan imtina edə bilər. İcradan imtinaya əsas verən hallar aşağıdakılardır:
- tərəfin hüquq qabiliyyətinin olmaması;
- sazişin etibarsızlığı;
- öhdəliyin artıq icra edilməsi;
- sazişin qeyri-müəyyənliyi;
- mediatorun qərəzliliyi və ya etik pozuntusu;
- dövlətin ictimai qaydasına ziddlik.
Bu normalar həm hüquqi təhlükəsizlik, həm də sui-istifadələrin qarşısının alınması baxımından çox əhəmiyyətlidir.
Konvensiyanın Azərbaycan üçün hüquqi əhəmiyyəti
Mediasiya institutunun gücləndirilməsi
Azərbaycanda mediasiya institutu son illərdə daha da sürətlə inkişaf edir, yeni mediatorlar və mediasiya təşkilatları fəaliyyətə başlayır, barışıq sazişlərinin sayı ilbəil daha da artır. Bu mənada Sinqapur Konvensiyasına qoşulma daxili mediasiya sisteminə beynəlxalq etibar qazandıra, xarici investorlar və beynəlxalq şirkətlər mediasiya mexanizminə daha çox üstünlük verə bilərlər.
İnvestisiya mühitinə müsbət təsir
İnvestor üçün əsas risklərdən biri mübahisə halında hüquqların effektiv müdafiəsidir. Əgər mediasiya yolu ilə bağlanmış sazişin Azərbaycanda və digər iştirakçı dövlətlərdə icrası mümkündürsə, bu, artıq hüquqi risklərin azalması deməkdir.
Məhkəmə yükünün azaldılması
Beynəlxalq kommersiya mübahisələrinin müəyyən hissəsi mediasiya yolu ilə həll olunduqda dövlətdaxili məhkəmələrin iş yükü azalır və resurslardan daha səmərəli istifadə edilir.
Regional hüquq mərkəzi potensialı
Azərbaycan coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və iqtisadi layihələri nəzərə alınmaqla regional hüquq xidmətləri mərkəzinə çevrilə, Bakı regionda beynəlxalq mediasiya platforması kimi formalaşa bilər.
Azərbaycan qanunvericiliyinə zəruri təsirlər
Lakin Sinqapur Konvensiyasının real tətbiqi üçün təkcə qoşulma ilə iş bitmir və aşağıdakı sahələrdə normativ dəyişikliklərin həyata keçirilməsi zəruridir:
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
- beynəlxalq mediasiya anlayışının əlavə edilməsi (ayrıca maddədə göstərilməlidir ki, tərəflər müxtəlif dövlətdədirsə, müqavilənin icra yeri xaricdirsə, mübahisə beynəlxalq ticarətlə bağlıdırsa, bu beynəlxalq mediasiya sayılır;
- beynəlxalq barışıq sazişi ilə bağlı konvensiyaya uyğun ayrıca termin əlavə olunmalıdır.
- elektron mediasiyanın tanınması (onlayn mediasiya və elektron imza ilə bağlanacaq sazişlərin hüquqi qüvvəsi açıq göstərilməlidir);
- mediatorun beynəlxalq etik öhdəliklərinin müəyyənləşdirilməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
- beynəlxalq mediasiya sazişlərinin tanınması üzrə xüsusi icraat;
- aidiyyət qaydaları;
- sadələşdirilmiş baxılma müddətləri.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
- tanınmış sazişlərin icra sənədi statusu;
- xarici valyuta öhdəliklərinin icrası mexanizmi.
Praktik çətinliklər
Sinqapur Konvensiyasının praktiki tətbiqi zamanı aşağıdakı problemlərin meydana çıxması gözlənilir:
- hakimlərin yeni institut üzrə təcrübəsinin azlığı;
- mediatorların beynəlxalq kommersiya sahəsində yetərli hazırlığının olmaması;
- saziş mətnlərinin arzuedilən keyfiyyətdə olmaması;
- tərcümə və terminologiya problemləri;
- tərəflərin sui-istifadə məqsədilə prosesi uzatmaq cəhdləri.
Bu səbəbdən yalnız normativ dəyişiklik deyil, institusional hazırlıq da çox vacibdir və Azərbaycanın qısa müddətdə mediasiya sahəsində əldə etdiyi böyük təcrübə və uğurlar bütün çətinliklərin uğurla dəf ediləcəyini deməyə əsas verir.
Sinqapur Konvensiyası mediasiyanın beynəlxalq kommersiya münasibətlərində effektivliyini artıran mühüm hüquqi mexanizmdir. Konvensiyaya qoşulmaq Azərbaycan üçün investisiya mühitinin yaxşılaşdırılması, mediasiya institutunun daha da gücləndirilməsi, beynəlxalq etibarın artırılması və regional hüquqi platforma statusunun formalaşdırılması baxımından əhəmiyyətli ola bilər. Lakin real nəticə yalnız ratifikasiya ilə deyil, daxili qanunvericiliyin uyğunlaşdırılması, məhkəmə praktikasının formalaşdırılması və peşəkar beynəlxalq mediator korpusunun yaradılması ilə mümkündür.

MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Azərbaycan BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşuldu
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Mediatorun uğuru Barışıq sazişinə nail olmaqdır!”
Mediasiya Şurası təkmilləşdirilmiş hesabat verdi
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Nadir Adilov: "Artıq vətəndaşlarımız mediasiyanın üstünlüklərini hiss edirlər"
Azərbaycan və ABŞ arasında xartiya imzalandı: TAM MƏTN - VİDEO
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09