Yenilik.Az
www.Yenilik.Az » İdman » “Əl-Hilal”ın prezidenti Messi haqda danışdı

“Əl-Hilal”ın prezidenti Messi haqda danışdı

“Əl-Hilal”ın prezidenti Messi haqda danışdı
2023-05-13 , 16:57

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubunun prezidenti Fəhd bin Nafel “Paris Saint-Germain”in hücumçusu Lionel Messinin mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Onun cavabını “RMC Sport” yayıb.
“Mənə Messi haqqında sual verməyin. Mən sizə heç nə deməyəcəyəm. Mətbuat xidməti açıqlama yaysa, görərsiniz. Mənim üçün komanda oyunçudan daha önəmlidir. Klubumuza gələn hər bir ulduz bilməlidir ki, “Əl-Hilal” böyük klubdur”, – deyə Fəhd bin Nafel bildirib.
Qeyd edək ki, daha öncə “Əl-Hilal” Messiyə illik 400 milyon avro maaşla müqavilə təklif edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.