“Barselona”nın yetirməsindən FANTASTİK qol - VİDEO

ABŞ futbol çempionatı çərçivəsində “Los-Anceles Qalaksi” və “Filadelfiya Yunion” komandaları arasında duel baş tutub.
Bu oyunda möhtəşəm qolu “Barselona”nın yetirməsi Riki Puç vurub. 23 yaşlı ispan yarımmüdafiəçi görüşün 76-cı dəqiqəsində cərimə meydançası xaricindən güclü zərbə ilə topu “doqquzluğa” göndərib.
Rikki Puç bu mövsüm “”Qalaksi” heyətində 19 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Qalaksi” keçirdiyi 21 oyundan 22 xal toplayıb və MLS Qərb Konfransının turnir cədvəlində 13-cü yerdədir.
OXŞAR XƏBƏRLƏR