Yenilik.Az
www.Yenilik.Az » İdman » Messi dünyanın ən yaxşı futbol klubunu AÇIQLADI

Messi dünyanın ən yaxşı futbol klubunu AÇIQLADI

Messi dünyanın ən yaxşı futbol klubunu AÇIQLADI
2023-10-31 , 16:44

“Barselona” dünyanın ən yaxşı klubudur. Lionel Messi belə düşünür. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Argentina millisinin və "İnter Mayami"nin hücumçusu "Qızıl top" mərasimində keçmiş klubu haqda danışıb.
Argentinalının sözlərinə görə, məhz Kataloniya nəhəngindəki çıxışları ona uğurlu karyera qurmağa və rekord sayda “Qızıl top” mükafatını qazanmağa imkan verib. 
"Əlbəttə, dünyanın ən yaxşı komandasında oynadığınız zaman fərdi titullar qazanmaq üçün daha çox imkanınız olur. Bu, dünyanın ən yaxşı komandasıdır, xüsusidir və digərlərindən fərqlidir.
Təbii ki, həmişə olduğu kimi, “Barselona”nı izləyirəm və izləməyə də davam edəcəm. Mən bu klubu sevirəm və həyatım boyu da sevəcəm”, - Messi vuröulayıb.
Xatırladaq ki, Lionel Messi 2003-2021-ci illərdə kataloniyalıların şərəfini qoruyub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.