Yenilik.Az
www.Yenilik.Az » İdman » “Neftçi”nin yeni baş məşqçisi kimdir? - DOSYE

“Neftçi”nin yeni baş məşqçisi kimdir? - DOSYE

“Neftçi”nin yeni baş məşqçisi kimdir? - DOSYE
2023-12-25 , 16:35

Xəbər verdiyimiz kimi, bu gün Adrian Mutu ilə rəsmi şəkildə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi açıqlanıb. Bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.

Yenilik.az Qafqazinfo-ya istinadən yeni baş məşqçinin karyerası barədə məlumatı təqdim edir:
O, 1968-ci il iyunun 22-də Monteneqroda anadan olub. 13 illik futbolçu fəaliyyətindən sonra 2000-ci ildə məşqçiliyə başlayıb. Bojoviç futbolçu olduğu dönəmdə yalnız Yuqoslaviya kubokunu qazana bilib.
16 klubdan yolu keçən Bojoviç indiyə kimi məşqçi karyerasında (20 il) 2 titul qazanıb. “Rostov”la 2013/14 mövsümündə Rusiya kubokunu, “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2015/16) əldə edib.
Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.
55 yaşlı mütəxəssis “Neftçi”yə qədər “Arsenal” komandasına rəhbərlik edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.