Qanunsuz kömür istehsalçıları aşkarlandı

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri həyata keçirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic kənd sakini Vitali Dallari, Göygöl rayonu, Toğanalı kənd sakinləri Saləddin Həsənov, Akif Məhərrəmov, Azər Qurbanov və Ülfət Həsənov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Aşkar olunan kömür quyuları ləğv olunub.


