Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Tovuzda narkokuryerlik edən qardaşlar tutulublar

Tovuzda narkokuryerlik edən qardaşlar tutulublar

Tovuzda narkokuryerlik edən qardaşlar tutulublar
2023-04-06 , 15:32

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları İrandan qeyri-qanuni yolla Tovuz rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerləri saxlayıblar.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakini Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıblar. O.Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram marixuana, 400 qram həşiş qatranı, 400 qram heroin və 63 qrama yaxın tiryək olan ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.